Yuxarı

Bu valyuta niyə sürətlə ucuzlaşır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu valyuta niyə sürətlə ucuzlaşır?

Bitkoinin sürətlə ucuzlaşmasının səbəbi əsasən siyasidir. Son zamanlar dünya mediasında rus oliqarx və iş adamlarının məhz bitkoinlər vasitəsilə sanksiyalardan yan keçdikləri barədə dəfələrlə araşdırma və məqalələr dərc olunub. Nəticədə Böyük Britaniya, ABŞ, Avropa Birliyi ölkələrindən bitkoinə sıx nəzarət mexanizmlərinin yaradılması ilə bağlı açıqlamalar gəldi. Bu isə bitkoinə olan marağı getdikcə azaltdı. Hətta bitkoinin ən cəlbedici tərəfi olan gizliliyin aradan qaldırılması da düşünülür.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bitkoinin sürətlə ucuzlaşmasının səbəbini şərh edərkən deyib.

“Bitkoin həddən artıq spekulyativ aktivdir. Arxasında ciddi iqtisadi güc yoxdur. Sadəcə piar və xəbər axınlarına bağlıdır. Zaman-zaman bitkoin barədə mənfi xəbərlərin yayılması bitkoinin və digər bütün koinlərin qiymətinin aşağı düşməsinə səbəb olur. Digər səbəb isə ABŞ Federal Ehtiyatlar Sisteminin son toplantısında uçot dərəcələrini 0.50% artırmasıdır. Pandemiya dövründə birjalara, bazarlara trilyonlarla dollar vəsait səpilmişdi. Onların bir hissəsi bitkoinin qiymətini yüksəltdi. Hazırda onlar FES tərəfindən geri çəkilir. Bu isə bitkoinə təsir edir və faiz və uçot dərəcəsi artdıqca bitkoinin yenidən ucuzlaşmasına səbəb olur”, - N.Cəfərli bildirib.

Ekspert onu da qeyd edib ki, hazırda bitkoinlərlə bağlı qanun layihələri hazırlanır, bu isə bitkoinlərin cəlbediciliyini azaldır. Əgər tendensiya davam edərsə, koinlər son illərin ən minimum səviyyənə qədər, yəni 20 min, hətta bundan da aşağı enə bilər.

Qeyd edək ki, bitkoin hazırda 30,3 min dollara düşüb.

Tarix
2022.05.11 / 08:45
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla