Yuxarı

Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69%-dən 17,83%-ə yüksəlib.

Axar.az Report-a istinadən xəbərinə görə, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub.

Aylıq istehlak qiymətləri 1,56% artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87%, illik isə 20,48% bahalaşıb. Ən çox qənd bahalaşıb – 67%. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin yağı - 12,9%, qara çay, kakao, qatılaşdırılmış süd, peçenye - 7,1-8,9%, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil, çörək - 5,0-7,0% bahalaşıb.

Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19% bahalaşıb. Apreldə xidmətlərin dəyəri aylıq 1,07%, illik isə 10,87% artıb.

Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya ilin sonuna kimi 18-23%-ə çata bilər.

Tarix
2022.05.14 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla