Yuxarı

Taxılın qiyməti kəskin bahalaşdı: ehtiyatımız varmı?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taxılın qiyməti kəskin bahalaşdı: ehtiyatımız varmı?

Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı, fiziki çatışmazlıq da var. Azərbaycanda 1 ildə istehlak olunan taxılın 80%-ə yaxını xaricdən alınır, hər il bizə 1,2 mln. tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili tələbatı ödəyək.

Axar.az xəbər verir ki, bu barədə qeyd edən iqtisadçı ekspert Natiq Cəfərli 2021-ci ilin ilk 4 ayında ölkəyə idxal olunan taxılın həcminin 365 min 348 ton, ortalama qiymətinin 254,5 dollar olduğunu vurğulayıb.

“2022-ci ilin eyni dövründə, yəni ilk 4 ayında isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, ortalama qiymət 341,7 dollar təşkil edib. Yəni son bir ildə buğdanın 1 tonu 87,2 dollar (148 manat) və ya 34% bahalaşıb.

Rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb”, - ekspert qeyd edib.

O, hazırda Dövlət Ehtiyatları Agentliyinin taxıl ehtiyatlarının nə qədər olduğu haqda məlumat olmadığını bildirib.

Tarix
2022.05.21 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla