Yuxarı

Rusiya dünyanı bununla şantaj edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya dünyanı bununla şantaj edir

Rusiyanın Ukraynaya müdaxiləsi pandemiyanın və iqlim dəyişikliklərinin doğrurduğu nəticələrdən birini - qlobal ərzaq çatışmazlığını daha da gücləndirib. Bu sahənin ekspertlərindən biri BMT-yə bildirib ki, dünyanın cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. “Ekonomist” yazır ki, BMT-nin hesablamalarına görə, buğda ehtiyatlarının azalması 2008-ci ildən bəri ən aşağı səviyyədədir.

Axar.az xəbər verir ki, bu barədə fikirlərini qeyd edən iqtisadçı ekspert Qubad İbadoğlu ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiyanı müharibə strategiyasının tərkib hissəsi kimi ondan asılı olan ölkələri buğda “girovluğunda” saxlamaqda günahlandırdığını bildirib.

“Bildiyiniz kimi, illik 100 milyon tona qədər taxıl istehsalı gözlənilən Rusiya bu məhsulların ixracını iyunun 30-dək qadağan edib, Ukraynanın istehsalı məhdudlaşdırıb, Qazaxıstan ixraca kvota, Çin və Hindistan müvəqqəti olsa da, qadağa tətbiq edib. Durum çox acınacaqlıdır. Belə vəziyyət Azərbaycanı da təsirləndirəcək. Bizdə davamlı qıtlıq olacağını gözləmirəm, amma kəskin bahalaşma qaçılmazdır. Xüsusilə də un və un məmulatlarının, hətta buğdadan alınan spirtli içkilərin, o sıradan da pivənin qiymətləri artacaq”, - ekspert qeyd edib.

Tarix
2022.05.22 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla