Yuxarı

Tikinti bazarında kəskin bahalaşma...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tikinti bazarında kəskin bahalaşma...

Bu ilin əvvəli ilə müqayisədə altı ayın yekununda Azərbaycanda tikinti materialları ümumilikdə 8-15 % bahalaşıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırov məlumat verib.

O, ayrı-ayrı materialların qiymətində aşağıdakı tendensiyaların olduğunu qeyd edib:

“İlin əvvəli ilə müqayisədə sürtkü və boya məhsulları 15 % civarında bahalaşıb. Bunun səbəbi daşıma və xammal qiymətlərinin artmasıdır. Taxtanın bir kubunun qiyməti hazırda 410 manatdır. Diktin qiyməti son zamanlar kəskin artıb. İlin əvvəlində 6 metrlik dikt 11 manat idisə, indi 17-18 manat olub. Əlcək, çəkic, mismar, laqonda daşları kimi məhsulların qiymətində 35-36 % artım olub. İlin əvvəlində aldığımız qaynaq elektrodları 11 manat idisə, indi 15-16 manatdır. 15-lik metal boruların qiyməti 1,8 manatdan 2,5 manata qədər yüksəlib".

Bununla yanaşı, onun sözlərinə görə, zavod istehsalı olan armaturların qiyməti ilin əvvəlində 1 400-1 500 manat idi, indi 1 250 manata enib:

"Sexdə istehsal edilən armaturların qiyməti isə o qədər də dəyişməyib. Qum, çınqıl daşları kimi materrialların qiymətində cüzi bahalaşma olub. Misin qiyməti bir ildə 80-100 % artığı üçün kabellər də bu qədər bahalaşıb. Plastik borular, kanalizasiya və su borularının xammalı əvvəllər İran və Türkiyədən alınırdı. İndi İrandan gəlmir. Onların xammalı Koreya, Türkiyə və Dubaydan gəlir və qiymətləri 30 % artıb. Buna görə də bu məhsullar bahalaşıb”.

Tarix
2022.08.05 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla