Yuxarı

“Moody's” Azərbaycanın reytinqini yüksəltdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Moody's” Azərbaycanın reytinqini yüksəltdi

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borcunu “Ba2” səviyyəsindən “Ba1”ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişib.

Axar.az Report-a istinadə xəbər verir ki, reytinqin yüksəldilməsi son illər siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artması deməkdir.

“Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ehtiyatlı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır”, - hesabatda deyilir.

“Moody's” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacaq.

Eyni zamanda, “Moody's” Azərbaycanın yerli və xarici valyutada reytinqini müvafiq olaraq “Baa3” səviyyəsindən “Baa2”yə və “Ba2”dən “Ba1” səviyyəsinə qaldırıb.

Tarix
2022.08.05 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla