Yuxarı

Azərbaycanın nə qədər xarici dövlət borcu var?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il iyulun 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 167,1 milyon ABŞ dolları, birbaşa daxili dövlət borcu isə 2 milyard 789,7 milyon manat təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi”ndə bildirilib.

Sənədə əsasən, 6 ayda birbaşa xarici dövlət borcu 226,3 milyon ABŞ dolları və ya 3,1% azalıb, birbaşa daxili dövlət borcu 282,6 milyon manat və ya 11,3% artıb.

Hesabat dövründə Azərbaycanın xarici dövlət borcu üzrə ümumi şərti öhdəlikləri 715,2 milyon ABŞ dolları, daxili zəmanətlər üzrə şərti öhdəliklər isə 738,8 milyon manat olub. Belə ki, ümumi şərti öhdəliklər 131,5 milyon manat artıb, nəticədə ümumi dövlət borcunda 29,4 milyon manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 milyon manat (31,6%) artıb.

"Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub, xarici dövlət borcunun məbləği azalıb və daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb", - Hesablama Palatasının məlumatında deyilir.

Bu il iyulun 1-nə ümumi dövlət borcu ÜDM-in 14,7%-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7%-ni, daxili dövlət borcu isə ÜDM-in 3%-ni təşkil edib.

Xatırladaq ki, dövlət büdcəsində bu il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 600 milyon manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800 milyon manat müəyyən edilib.

Tarix
2022.08.13 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla