Yuxarı

İqtisadi böhran: Bankların kütləvi iflası

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən etibarən artıq Azərbaycanda mini kreditlərin verilməsi dayandırılıb. Buna səbəb kimi isə həmin kreditlərin daha çox risk kateqoriyasında olması göstərilir.

Ən azından bəzi mütəxəssislər artıq bu tip kreditlərin Azərbaycanda problem yaradacağı ilə bağlı həyəcan təbili çalmışdılar. Görünür, dövlətin birdən-birə sistemə belə sərt müdaxiləsi artıq yaxınlaşan təhlükədən xəbər verir.

Əgər 2008-2012-ci il dünya iqtisadi böhranına nəzər yetirsək, bu tip kreditlər ucbatından nələrin baş verdiyini görmək olar. Baş vermiş oxşarlıqlarla sizi tanış edirik.

ABŞ banklarının kütləvi iflası

2008-2012-ci illəri əhatə edən dünya maliyyə böhranı başda ABŞ və Avropa Birliyi olmaqla bir çox ölkələrin əziyyət çəkməsinə səbəb oldu. İqtisadi böhran bir sıra tanınmış bankların iflasına gətirib çıxardı. Hadisələrin gedişi zamanı vəziyyət o həddə yetişdi ki, bankların iflası zəncirvari xarakter daşımağa başladı.

2007-ci ildə "Bear Stearns" bankı ipoteka kreditlərilə bağlı böhran yaşadığını elan etdi. Böhranlara əsas səbəb kimi isə ABŞ banklarının geri qaytarılması mümkün ola bilməyəcək kreditlərin sayının həddən artıq olması göstərildi. Geri qaytarılması mümkün olmayan kreditlərin göstəricisinin çox olması bir sıra bankların iflas etməsinə səbəb oldu. Bear Stearn 2007-ci ildə süqutunu bəyan etdi.

Daha sonra isə JP Morqan Ças iflas etmiş bankı aldığını bəyan etdi. "Bear Stearns"ın yolunu tezliklə digər banklarda davam etdirdi. Leman Brothers və Merrill Lynch bu böhranın qurbanı olan növbəti banklar oldular. Lakin iflas təkcə bununla bitmədi. Qısa bir müddət sonra American İnternational Group siğorta şirkəti müştərilərinə onların istəklərini yerinə yetirə bilməyəcəyini söyləyib, tamamilə iflas etdiyini vurğuladı. Böhran qısa müddət ərzində dünyanı öz toruna keçirdi. Washington Mutual və Wachovia kimi məşhur banklar artıq onların da dünya iqtisadiyyatında rolu olmadıqlarını dedilər. ABŞ hökuməti vəziyyətin kritik olduğunu görüb oyuna müdaxilə etmək qərarına gəldi. Nəticədə Konqres ölkə iqtisadiyyatı üçün 700 milyard dollarlıq xilas paketini ayırdı.

2008-2012-ci illərdə iflas edən ABŞ banklarının siyahısını təqdim edirik:

İl

Aylar

Say

Ümumi göstərici

2007

3

3

2008

25

28

2009

Maydan – Dekabra qədər

140

168

2010

Yanvardan – Dekabra qədər

157

325

2011

Fevraldan – Oktyabra qədər

74

399

2012

Aprel – Oktyabr

46

445

Alov Avropaya da sıçradı

ABŞ-dakı böhran tezliklə Avropaya da sıçradı. Öncə İslandiyanın 3 ən böyük bankı iflas etdi. 2008-ci ildə isə İslandiya kronu avro qarşısında 40% dəyər itirdiyini və inflyasiyanın 15 % olduğunu bəyan etdi. Böhran Böyük Britaniya daha sonra bütün ittifaq ərazisinə yayıldı. Ən ağır vəziyyət isə İtaliya, İrlandiya, Yunanıstan, Portuqaliya, İrlandiyada yaşandı. Nəticədə bu ölkələrdə yavaş-yavaş bankların çökdüyünü açıqladılar.

Nəticə

Yuxarıdakı məqamlar dövlətin atdığı sərt addıma haqq qazandırmağa imkan verir. Ən azından sonuncu statistikaya nəzər yetirsək, bankların geri qaytarılması mümkün olmayan ümumi kreditlərinin həcminin 1 milyard AZN olduğunu görmüş olarıq. Bununla bərabər bu tip halların qarşısını almaq üçün tədbirlərin daha da sərtləşdiriləcəyi nəzərdə tutulur. Belə ki, yaxın zamanlarda avto-kreditlәrin verilmәsinin iş yerindәn arayış tәqdim etmәklә bәrpa olunması nəzərdə tutulur. Lakin kreditlәrin hәcmi maaşlara adekvat ayrıldığına görә, әvvәlki kimi böyük mәblәğdә kredit almaq mümkün olmayacaq. ABŞ və Avropa İttifaqı təcrübəsi sonradan üst-üstə yığılıb qalan, geri alınması mümkün olmayan kreditlərin nə ilə nəticələnəcəyini göstərir. Ümid etməyə dəyər ki, Milli Bankın atdığı bu sərt addım mütəxəssislərin verdiyi bütün bədbin proqnozların darmadağın olmasına kömək edəcək.

Tarix
2014.01.18 / 16:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla