Yuxarı

İxtisara düşən neftçilərlə bağlı proqram imzalandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qurumların ləğvindən sonra işsiz qalan neftçilərə bir il ərzində əvvəllər aldıqları maaşın yarısı qədər müavinət ödəniləcək.

Yanvarın 17-də Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ixtisara düşən işçilərin sosial təminatına dair tədbirlər proqramını imzalayıb.

1 illik müddəti əhatə edən proqrama əsasən, həmin işçilər ARDNŞ-nin digər müəssisələrində və ya kənar təşkilatlarda işlə təmin olunacaqlar.

Bundan başqa, müvafiq situasiyalarda müstəsna hal kimi həmin işçilərin əməkhaqqının 5 misli miqdarında birdəfəlik müavinət almaq hüququ da saxlanır.

ARDNŞ dekabrın son günlərində bildirib ki, Kompleks Qazma İşləri İdarəsinin 7 tresti bağlanır. Rövnəq Abdullayev bunu qurumun strukturca təkmilləşdirilməsi ilə əlaqələndirirdi:

"İndi sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin "Azəriqaz" İstehsalat Birliyində də aparılacaq".

ARDNŞ rəhbəri deyirdi ki, trestlərin ləğvi nəticəsində ixtisara düşən 1100 işçinin çoxu yenidən işlə təmin olunacaq və qalanlarına təzminat ödənəcək. ("Azadliq.org")

Tarix
2014.01.18 / 23:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla