Yuxarı

Naxçıvanda struktur dəyişiklikləri gedir - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcə xərclərində dəyişiklik son vaxtlar Naxçıvan Muxtar Respublikasında aparılan struktur dəyişiklikləri ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layhəsinin müzakirəsi zamanı deyib.

Samir Şərifov bildirib ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin bazasında Baş İdarə yaradılıb və bu, dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək:

"Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək.

31,1 milyon manatdan 4,1 milyon manat Milli Məclisin xərclərinə, 11,1 milyon manat müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.

Tarix
2022.11.25 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla