Yuxarı

Neftin qiyməti ilə bağlı proqnoz: 8 dollar azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin qiyməti ilə bağlı proqnoz: 8 dollar azaldı

“JPMorgan Chase & Co” bankının analitikləri “Brent” markalı neftin barrelinin 2023-cü il üçün orta qiymət proqnozunu əvvəllər gözlənilən 98 dollardan 90 dollara endirib. Həmçinin qiymət həddi mexanizmi qüvvəyə mindikdən sonra Rusiyanın neft hasilatında azalma gözlənildiyi bildirilib.

Axar.az xəbər verir ki, bankın ekspertlərin fikrincə, Rusiyada neft hasilatı qiymət məhdudiyyəti ilə əlaqədar 2023-cü ilin birinci rübündə sutkada 500 min barrel azalacaq, ilin ikinci yarısında sutkalıq 10 milyon barrel səviyyəsində sabitləşəcək.

Avropa Birliyinin Rusiya neftinin qiymət tavanının bir barrel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərarı dekabrın 5-də qüvvəyə minib. 2023-cü ilin əvvəlindən başlayaraq qiymət həddi mexanizmi bazarda baş verən dəyişikliklər nəzərə alınmaqla hər iki aydan bir nəzərdən keçiriləcək. Rusiya nefti və neft məhsullarına qiymət məhdudiyyəti orta bazar qiymətindən azı 5 faiz aşağı müəyyən ediləcək. Oxşar limit G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya tərəfindən də tətbiq olunub.

Bu gün Londonun “ICE Futures” birjasında keçirilən hərracın gedişində “Brent” markalı neftin fevral fyuçersləri 2,38 dollar (2,78 faiz) bahalaşaraq barreli 87,95 dollara satılıb.

Tarix
2022.12.05 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla