Yuxarı

Əfsus ki, Çin Azərbaycan məhsulları ilə tanış deyil - Çi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfsus ki, Çin Azərbaycan məhsulları ilə tanış deyil - Çi

Çin Azərbaycandan şərab və meyvə şirələrinin idxalının genişləndirilməsində maraqlıdır.

Axar.az xəbər verir ki, bunu Report-a Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələləri üzrə müşaviri Ma Çi deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsulları yüksək keyfiyyətə malikdir: “Əfsus ki, Çinin istehlakçıları Azərbaycan məhsulları ilə tanış deyillər. Bunun üçün Azərbaycan məhsullarının Çində təbliğatını genişləndirməyə ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə birgə təşəbbüslər həyata keçirilməlidir".

Xatırladaq ki, Azərbaycanın Çinə ixracının dəyəri ötən il 210 milyon ABŞ dolları, bu ilin 10 ayında isə 240 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 % çoxdur. Çinin Azərbaycandan idxalının 95 %-ni neft-kimya məhsulları təşkil edib. İdxalın qalan hissəsi isə dəri (1,9 milyon ABŞ dolları), içki və şərab (340 min ABŞ dolları), kakao və digər məmulatlar (320 min ABŞ dolları) və s. olub

Tarix
2022.12.07 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla