Yuxarı

“Banklara heç bir məhdudiyyət qoyulmayıb”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, faiz dərəcələrinin miqdarının müəyyən edilməsində banklara heç bir məhdudiyyət qoyulmayıb. Yəni banklar kreditlərlə bağlı faiz dərəcələrini müəyyən etməkdə sərbəstdirlər.

Bu sözləri Axar.az-a bank üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert bu məsələnin qanunla tənzimlənmədiyini bildirib:

"Ancaq banklara nəzarət nöqteyi-nəzərindən Mərkəzi Bank (MB) faiz dərəcələrinin yüksək olması məsələsinə qeyri-sağlam əməliyyat kimi baxa bilər. Əgər vətəndaşın bank qarşısında problemləri yaranırsa, deməli, onun kreditin ödənilməsində çətinliyi var və kredit problemlidir. Buna görə də Mərkəzi Bank məsələyə müdaxilə edə bilər. Vətəndaş isə bu məsələdə bank qarşısında heç bir tələb irəli sürə bilməz. Çünki banklar azad bazar iqtisadiyyatına əsaslanır və istədiyi faizləri qoymaq imkanına malikdir. Ancaq bəzən bank yüksək faiz dərəcələri ilə kredit götürən müştərinin öncədən problem yaşayacağını bilə-bilə yenə də həmin vətəndaşa kredit verir. Bu nöqteyi-nəzərdən Mərkəzi Bank kredit verən bank qarşısında tələb irəli sürməklə müəyyən təsiredici sanksiyalar tətbiq edə bilər. Avropa ölkələrinin çoxunda məhkəmələrin bu prosesə müdaxilə etmək imkanı var. Belə ki, əgər məhkəmə bankların vətəndaşa verdiyi kreditlərin faiz dərəcələrinin həddən artıq yüksək olduğunu aşkar edərsə, onda bunu azaltmaq statusuna malikdir".

Tarix
2015.11.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla