Yuxarı

Dollar bahalaşmağa başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə dəqiqə əvvəl açıqlanan ABŞ-da işsizlik göstəriciləri Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artıracağını göstərir. Qeyri-kənd təsərrüfatı sektorunda 180 min yeni iş yerinin açılması gözlənildiyi halda, faktiki olaraq 271 min iş yerlərinin açıldığı müəyyənləşib. Bu rəqəmlə bərabər işsizlik ABŞ-da 5,1%-dən 5,0%-ə geriləyib.

Qeyd edək ki, Report-un bir qədər öncə verdiyi proqnozlara paralel olaraq dollar güclənib və 1,0880 USD/EUR səviyyəsindən 1,4% azalaraq hazırda 1,0730 USD/EUR-a kimi geriləyib. Bununla bərabər, daha öncə verilən proqnozlara uyğun olaraq, qızılın qiyməti 1 108 dollar/unsiyadan 1,5% azalaraq 1 090 dollar/unsiyaya enib.

Bu azalmanın gələn həftə davam etməsi gözlənilir. Dollar/avro məzənnəsinin ilin sonuna qədər 1,04 USD/EUR, qızılın qiymətinin isə 1 000 dollar/unsiya səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.

Azərbaycanın valyuta bazarında isə ABŞ dollarının 1,0520 AZN/USD, avronun isə 1,10 AZN/EUR həddinə yaxınlaşacağı ehtimal olunur.

Tarix
2015.11.06 / 19:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla