Yuxarı

İlk: Banklar hərracda niyə dollar almayıb? - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk: Banklar hərracda niyə dollar almayıb? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı yanvarın 24-də keçirilmiş valyuta hərracında ilk dəfə olaraq banklar tərəfindən sifariş təqdim edilməməsi səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, qurumdan Oxu.az-a əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisit yarandığı bildirilib.

“Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2,2 dəfə artaraq 23,6 milyard ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12,3% artaraq üç milyard ABŞ dollarına çatıb”.

“Qeyd olunan məqamlar Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də göstərir. Məhz bu amillər 2023-cü ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib”, - deyə əlavə edilib.

Qeyd edək ki, bu ilin ynavarın 24 və 26-da Azərbaycan Mərkəzi Bankında valyuta hərracı keçiilsə də, banklar dollar sifariş etməmişdilər.

Tarix
2023.01.31 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla