Yuxarı

Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq

Qarşıdakı 3-4 il ərzində Trans-Anadolu Qaz Kəməri (TANAP) üzərindən Avropaya qaz ixracatı 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacaq.

Axar.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz deyib.

“Hazırda bununla bağlı fəaliyyətlər davam edir və bu sahənin inkişaf etdirilməsi, yəni istehsalın artırılması lazımdır. Azərbaycanla bizim enerji sahəsində əməkdaşlığımız təkcə TANAP layihəsi ilə məhdudlaşmır. İllərdir ki, sabit formada fəaliyyət göstərən Bakı-Tiflis-Ceyhan boru xətti var. Son illər iki ölkə arasında elektrik ticarəti getdikcə artır. Azərbaycandan Türkiyəyə elektrik enerjisi idxal edilir.

Qarşıdakı dövrdə Azərbaycan öz ərazisindəki, xüsusilə də Xəzər sahilindəki külək enerjisi potensialını dəyərləndirmək istiqamətində ciddi investisiyalar planlaşdırıb. Burda istehsal ediləcək bərpa edilən enerjinin Türkiyə üzərindən Avropaya tranziti də müzakirə etdiyimiz mövzular sırasındadır. Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Türkiyə üzərindən Avropaya qaz tədarükü ilə bağlı iştirakçı ölkələrlə müzakirələr apardıq. Tam mənada deyə bilərəm ki, görüşdüyümüz rəsmilər bu layihəmizə dəstək verəcəklərini ifadə etdilər”, - F.Dönməz qeyd edib.

Tarix
2023.02.03 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla