Yuxarı

Dollar kəllə-çarxa çıxacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar kəllə-çarxa çıxacaq

CP Morqan ("JP Morgan Chase" ) ABŞ Mərkəzi Bankı FED-dən gözlənildiyi kimi, dekabr toplantısında faiz artırımı olması halında dollarda "rallinin" (bahalaşmanın) daha 6 ay davam edəcəyi proqnozunu verib.

Marja.az-ın xəbərinə görə, "CP Morqan"ın valyuta əməliyyatları üzrə direktoru Con Normand dolların gələn ilin ortalarında zirvəyə çıxacağını proqnozlaşdırıb.

Dünyanın ən iri valyuta əməliyyatı aparan banklarından biri olan "CP Morgan"la bərabər, "Döyç Bank" və "Barklays" da dolların ABŞ-ın pul siyasətini sərtləşdirməsi ilə əlaqədar olaraq dolların yüksəlməsini gözləyirlər.

Dollar, ABŞ-dakı 271 minlik güclü kənd təsərrüfatı xaric, məşğulluq göstəricisi ilə bu ay təxminən 1,6% bahalaşıb.

Qeyd edək ki, dollar manat qarşısında da bahalaşır. Dünyada dolların bahalaşması Azərbaycan manatının da məzənnəsinə ötürülür.

"Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/dollar məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür", - Azərbaycan Mərkəzi Bankı bildirmişdi.

Dolların bahalaşması 6 ay davam edərsə və bu, həmin dövrdə də manatın məzənnəsinə ötürülərsə, qarşıdakı dövrdə manatın dollar qarşısında xeyli "öləcəyini" gözləyə bilərik.

Qeyd edək ki, bu gün dolların məzənəsi 1,0506 manata qalxıb.

Tarix
2015.11.16 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycanda yeni komissiya təsis edildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

Biz artıq Ermənistanla ticarətə başlamışıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla