Yuxarı

Azərbaycan neftinin büdcə qiyməti artırılır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan neftinin büdcə qiyməti artırılır?

Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etmir.

Axar.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.

"Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir", - deyə o qeyd edib.

Bundan başqa, hökumət başçısı deyib ki, ölkədə süni qiymət artımı halları var və bununla mübarizə aparılır:

“Süni qiyməti artımları ilə bağlı gündəlik monitorinqlər keçirilir və bunun qarşısını almaq hökumətin əsas vəzifəsidir. Mübarizəni bundan sonra ciddiləşdirəcəyik”.

Tarix
2023.03.17 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla