Yuxarı

Bu ölkə də Azərbaycandan qaz almaq istəyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə də Azərbaycandan qaz almaq istəyir

Rumıniyanın çox nüfuzlu “Cotidianul” qəzeti ölkənin energetika naziri Vircil Daniel Popeskuya istinadla qeyd edir ki, ölkəsi 2024-cü ildə Azərbaycandan qaz tədarükünü davam etdirmək niyyətindədir.

Axar.az-ın məlumatına görə, məqalədə bildirilir ki, 2024-cü ildən sonra təkcə qazın tədarükünə dair yeni müqavilələrin bağlanması deyil, həm də qarşılıqlı maraq doğuran digər potensial layihələr vasitəsilə iki ölkə arasında əməkdaşlığı davam etmək planlaşdırılır.

Qeyd edək ki, 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası zamanı SOCAR və Rumıniyanın enerji şirkəti “Romgaz S.A.” arasında qaz tədarükü haqqında müqavilə imzalanıb. Müqavilə 2023-cü ildən 2024-cü ilə qədər Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.

Tarix
2023.06.06 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla