Yuxarı

Dünyada smartfon satışı 1 milyardı ötüb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"IDC" analitik şirkətinin bu gün dərc etdiyi məlumatlara görə, ötən il tarixdə ilk dəfə dünyada satılan smartfonların sayı 1 milyard ədədi ötüb.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şirkətin hesablamasına əsasən, 2013-cü ildə pərakəndə satış şirkətləri tərəfindən 1,04 milyard smartfon tədarük edilib ki, bu da 2012-ci illə müqayisədə 38,4% çoxdur.

Dünya mobil telefonları bazarında liderliyi Cənubi Koreyanın "Samsung" şirkəti edir, ondan sonra ABŞ-ın "Apple" və Çinin "Huawei" şirkətləri qərarlaşıb.

Ötən il mobil telefonların baza modelləri daxil olmaqla ümumilikdə 1,8 milyard qurğu satılıb. Bu isə o deməkdir ki, 2013-cü ildə satılan qurğuların yarısından çoxunu smartfonlar təşkil edib.

Məlumatda deyilib ki, smartfonların populyarlığının artması ilə əlaqədar əsas yeniliklər arasında ekran diaqonalı böyük qurğuları və qiyməti rekord səviyyədə aşağı olan aparatları qeyd etmək olar.

"Bu halda əsas hərəkətverici qüvvə Çin, Hindistan və Braziliyada populyar olan, məhz ucuz smartfon modellərinin yaradılması hesab olunur. Bu ölkələrdə Yer kürəsi əhalisinin təxminən yarısı məskunlaşıb" - deyə, "IDC" nümayəndələri bildirib.

Tarix
2014.01.29 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla