Yuxarı

Neft Fondunun aldığı mülkün qiyməti açıqlandı - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 mln. avro təşkil edən "Palazzo Turati" ofis binasının satın alınmasına dair razılıq əldə edib.

ARDNF-dən APA-ya verilən məlumata görə, "Palazzo Turati" ofis binası fondun İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.

"Bu investisiya fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir", - deyə məlumatda qeyd edilib.

"Palazzo Turati" Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meragvili 7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunub. "Palazzo Turati" ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülüb. Binanın satıcısı qismində "Texnoholdinq S.P.A." çıxış edir.

Tarix
2016.01.08 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla