Yuxarı

Neft yatağındakı hasilat həcmi açıqlanıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft yatağındakı hasilat həcmi açıqlanıb

Proqnozlara əsasən, 2014-cü ildə "Qərbi Çıraq" yeni platformasında neft hasilatının həcmi 3 milyon ton təşkil edəcək. Bu barədə brifinqdə "BP Azerbaijan" şirkətinin rəhbəri Qordon Birrell deyib.

"BP" Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin operatorudur.

Q.Birell bildirib ki, proqnozlara əsasən, platformada orta sutkalıq hasilat həcmi təqribən 60 min barel təşkil edəcək: "2014-cü il ərzində "bp" daha 6 quyu qazmağı və istismara verməyi planlaşdırır. Ümumilikdə ilkin plana əsasən, platformada 14 quyunun (hasilat və texniki) qazılması planlaşdırılır".

Onun sözlərinə görə, qalan quyular 2015-2016-cı illərdə istismara veriləcək: "Birinci quyunun sutkalıq debeti 3 min barel təşkil edib, lakin daha yüksək göstəricilər gözlənilir. Digər quyuların qazılması barədə planlaşdırılan 14 quyunun vəziyyəti və nəticələrindən asılı olaraq danışmaq mümkün olacaq. Yeni platforma "Azəri-Çıraq-Günəşli"də hasilatın sabitliyinin təmin olunmasına xidmət edəcək".

Platforma sutkada maksimum 185 min barel neft və təqribən 5,3 milyon kubmetr qaz verəcək.

"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb (Trend).

AÇG-də iştirak payları: bp (operator - 35,78%), AzAÇG (11,65%), Chevron (11,27%), Inpex (10,96%), Statoyl (8,56%), Exxon (8%), TPAO (6,75%), Itochu (4,3%), ONGC (2,72%)

Tarix
2014.02.01 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla