Yuxarı

SOCAR-ın hökumətlə kritik görüşü başlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın hökumətlə kritik görüşü başlandı

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili SOCAR şirkətinin nümayəndələri ilə görüşür.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Görüş hökumət administrasiyasının binasında keçirilir. Görüşdə Gürcüstanın Energetika naziri Kaxa Kaladze və onun müavini Mariam Valişvili də iştirak edir. SOCAR-ı görüşdə şirkətin prezidenti Rövnəq Abdullayev və kompaniyanın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov təmsil edir. Mətbuat Rövnəq Abdullayevin gözlənilmədən Gürcüstana səfər etdiyini yazıb.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş barədə bütün iddiaları təkzib edib. Lakin Energetika naziri Kaxa Kaladze dünən jurnalistlərə açıqlamasında SOCAR-ın Tiflisə "Qazprom"un təklif etdiyi qiymətdən baha qaz satdığını və Azərbaycandan Gürcüstana gələn boru kəmərlərinin ölkənin qaza olan tələbatını ödəməyə qadir olmadığını bildirib. Bu gün Kaxa Kaladze SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşəcək. Artıq ölkə müxalifəti də Rusiyadan qaz alınmasının əleyhinə çıxış edib.

Tarix
2016.01.13 / 14:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla