Yuxarı

Prezident tapşırığı: qeyri-neft sektorunun inkişafı - Rəqəmlər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.

Publika xəbər verir ki, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bütün dünya dövlətlərində iqtisadi artımın azaldığı dövrdə 2015-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 54,4 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. Qeyri-neft ÜDM-in həcmi 37,6 milyard manat olub. Əlavə dəyərin 33,9 faizi sənayedə, 12,1 faizi tikintidə, 10,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 19,4 faizi isə digər sahələrdə istehsal edilib. Bundan əlavə 2015-ci ildə sənayedə istehsal olunan məhsulların həcmi 2,4 faiz artaraq 26,2 milyard manat olub. Sənayenin qeyri-neft sektorunda əvvəlki illə müqayisədə 8,4 faizlik artım baş verib. Sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faiz olub. Ümumi istehsalın 87,1 faizi sənaye məhsulunun istehsalı, 12,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Qeyri-neft sektorunun inkişafına sərf edilən 8796,3 milyon manatlıq vəsaitin 1229,2 milyon manatı (ümumi sərmayənin 7,7 faizi) qeyri-neft sənayesi sektorunun inkişafına yönəldilib. Qeyri-neft sektorunda işləyənlərin sayı 1469,5 min nəfərə çatıb.

Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı hökumətin əsas fəaliyyət istiqaməti olub. 2016-cı ildə də bu siyasətin davam etdirilməsi nəzərdə tutulub. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan üç il üzrə makroiqtisadi proqnozlarda qeyri-neft sektorunda ÜDM 41,5 milyard manat, yaxud 3,4 faiz olub. Özəl sektorun ÜDM-də payı 82,2 faiz həcmində nəzərdə tutulur. Xidmətlərdə əlavə dəyərin artımı daha yüksək (39,8 faiz) qiymətləndirilir. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində 14,6 faiz, nəqliyyat, anbar təsərrüfatında 3,3 faiz, informasiya, rabitə xidmətlərində 13,5 faiz real artım proqnozlaşdırılır. 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 milyard manat olacaq. Bunun da 57,8 faizi daxili investisiyaların, 42,2 faizi isə xarici investisiyaların payına düşür. Ümumi investisiyaların 10,8 milyard manatının qeyri-neft sektoruna yönəldilməsi planlaşdırılır.

Bundan əlavə növbəti il üçün idxal 8,2 milyard dollar həcmində proqnozlaşdırılır. Bunun 6,8 milyard dolları, yəni 83,3 faizi qeyri-neft sektorunun payına düşəcək.

Onu da nəzərə çatdıraq ki, bu il qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, bu istiqamətdə daxilolmaların artırılması üçün vergi öhdəliklərinin vaxtında, tam yerinə yetirilməsi, bütövlükdə vergi və gömrük intizamının gücləndirilməsi üçün ötən ildən addımlar atılıb. Özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən islahatlar məhz prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. Təkcə 2015-ci ildə prezidentin imzaladığı fərman və sərəncamlar iqtisadiyyatın şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olub. Prezidentin imzaladığı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1357-IVQD nömrəli Qanununun tətbiqi və "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 6 nömrəli Fərmanının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1356 IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1355 IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yerli və xarici investorlar üçün əlverişli, münbit şəraitin yaradıb. Eyni zamanda bu fərman və sərəncamlar sayəsində gələn büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək. Bu gəlirlərin təmin edilməsi isə bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Daha inkişaf etmiş sahibkarlıq büdcəyə daha çox ödəniş deməkdir. Bu baxımdan əslində yersiz yoxlamalar dövlət büdcəsindən vəsaitlərin yayındırılmasına da gətirib çıxarırdı. Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühim mərhələ başlayır. Liberal iqtisadiyyat və azad bazarı əsas iqtisadi prinsiplər elan edən ölkəmizdə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minumumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.

Ekspertlər də bildirirlər ki, bu gün əsas vəzifə qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bunun üçün zəruri amillər - regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və s. təmin edilib. Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son 11 il ərzində 10 min kilometr yol çəkilib. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilib. Bölgələrdə 6 aeroport tikilib, onlardan 4-ü beynəlxalq aeroportdur. Bu infrastruktur layihələrinin arasında içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilib. Bakının su ilə təminatı 78 faizə çatıb. Hansı ki, 2004-cü ildə həmin rəqəm 29 faiz idi. Dövlət dəstəyi tədbirləri çərçivəsində 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaradıb. Ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilib.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturu yaradılıb. Bura 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması daxildir.

Göründüyü kimi əgər vaxtilə qeyri-neft sektoru inkişaf etdirilməsəydi, bu gün ölkə daxilində olan tələbatı ödəmək mümkün olmazdı. Ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da öz növbəsində Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir.

Tarix
2016.01.19 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla