Yuxarı

“Ərəblər neftin qiymətini qaldırmayacaq” – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ərəblər neftin qiymətini qaldırmayacaq” – Şərh

Ərəb ölkələri neft hasilatını azaldaraq qiymət artımına getməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli İranın gündəlik hasilatı 500 min barrel artırmasına münasibət bildirərkən deyib.

İqtisadçının sözlərinə görə, neftinin maya dəyəri 4 dollara başa gələn İranın bu addımı gözlənilən idi:

"Qonşu ölkələr İranın neft bazarında yerini tutub. İndi İran itirilmiş yerini qaytarmaq istəyir. Buna görə də gündəlik hasilatın 500 min barrel artırılması barədə göstəriş verilib.

Ərəb ölkələri isə neft hasilatını azaldaraq qiymət artımına getməyəcək. Bu, bazar payının itirilməsinə səbəb ola bilər. Körfəz ölkələri reallıqlara uyğun hərəkət edəcək: əsas gücü nefti emal edib satmağa yönəldəcəklər".

Xatırladaq ki, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi hasilatı artırmayacaqları təqdirdə qonşu ölkələrin daha çox neft istehsal edəcəyini və Tehranın bazardakı yerini tutacaqlarını bildirib.

Tarix
2016.01.20 / 09:11
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla