Yuxarı

Kreditlərə necə güzəşt olacaq? - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalinin 5 min manatadək olan kreditlərinə hökumət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu, yaxşıca yoxlanılmalıdır.

ANS-in məlumatına görə, bunu ölkənin Maliyyə naziri Samir Şərifov Mir Şahinə eksklüziv müsahibəsində deyib. Telejurnalistin "hökumətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə güzəşt edib-etməyəcəyi" sualına nazir belə cavab verib:

"Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa, dövlət söz verir ki, vətəndaşın qoyduğu əmanət yüz faiz ona qaytarılacaq. Bu, həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur".

Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununlada yüksək gəlir əldə edirlər. "Bu məsələlər ətrafında müzakirələr davam edir", – deyə Şərifov bildirib.

Tarix
2016.01.24 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla