Yuxarı

700 kq-a yaxın yararsız məhsullar aşkarlanıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
700 kq-a yaxın yararsız məhsullar aşkarlanıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Bakının Suraxanı, Nərimanov rayonlarında, Zaqatala, Şəki, Tovuz, Ağcabədi, Yevlax, Zərdab, İsmayıllı, Şamaxı, Qusar şəhərlərində, Lənkəran rayonunda aparılan növbəti yoxlamalar zamanı 700 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Tarix
2014.02.03 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla