Yuxarı

SOCAR metan tullantılarını sıfra endirəcək - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR metan tullantılarını sıfra endirəcək - Nazir

COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində Azərbaycanın bir sıra regional təşəbbüslərin həyata keçirilməsində rolu və bu qəbildən olan məsələlərə diqqət yönəltməyə çalışdıq. O da vurğulanmalıdır ki, bu tədbir çərçivəsində SOCAR irəli sürülən təşəbbüslərin birinə qoşulub. Həmin öhdəliyə əsasən SOCAR 2035-ci ilə qədər metan tullantılarının sıfra endirilməsi könüllü öhdəliyini qəbul edib və bununla bağlı müvafiq sənədlər imzalayıblar.

Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər arasında ölkə iqtisadiyyatında yaşıl keçidin təmin edilməsinin dayanıqlığını “yaşıl enerji” mənbələrin bir tərəfdən artırılması, digər tərəfdən iqtisadi səmərəliliyin təmin edilməsi və bunun üçün özəl investisiyaların həmin sahələrə yatırılması üçün şəraitin yaradılması kimi məsələlər əks olunub.

“Neft və qaz hasil edilərkən əmələ gələn metan tullantıların azaldılması üçün bir sıra texniki-texnoloji tədbirlər sərmayələr həyata keçiriləcək. Bu da həm ölkəmizdə olan iqlim mövzularına diqqəti cəlb edir, həm də qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir. Ölkəmiz öz üzərinə götürdüyü hədəfləri 2030-cu il üçün toplam enerji balansımızda bərpa olunan enerji mənbələrinin hədəflərinə çatdırılması məqsədini vaxtından öncə yerinə yetirəcək. Azərbaycanın təşəbbüsü ilə iki həftə bundan öncə ölkəmizdə Azərbaycan, Özbəkistan, Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə birgə görüş keçirilib. O görüşdə bölgəmizdə istər Azərbaycanda, istərsə də Orta Asiya ölkələrində istehsal olunan enerji, bərpa olunan enerji mənbələrinin həm ixracı, həm mübadiləsi imkanları, eyni zamanda, Xəzər dənizi sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr müzakirə edilib”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Tarix
2023.12.02 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla