Yuxarı

Neftin taleyi üçün önəmli gün

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftin taleyi üçün önəmli gün

Bu gün İran və İraq rəsmiləri arasında Venesuelanın da iştirakı ilə Tehranda görüş keçiriləcək.

Axar.az xəbər verir ki, OPEK-in iki önəmli üzvü olan İran və İraq neft hasilatının dondurulması məsələsini müzakirə edəcək.

İraqın məsələyə müsbət yanaşdığı, İranın isə sanksiyaların ləğvindən sonra gündəlik hasilatını artırmağı və gəlirlərini yüksəltməyi planlaşdırdığı bildirilir.

Analitiklərə görə isə iki ölkə arasında razılıq əldə olunmazsa, Rusiya və Səudiyyə Ərəbistanının ötən gün imzaladığı hasilatı dondurma sazişi bazarda heç bir effekt verməyəcək.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb.

Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.

Tarix
2016.02.17 / 10:37
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla