Yuxarı

Hazırlıqlar başladı: Böyük iqtisadi böhran qapıdadır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hazırlıqlar başladı: Böyük iqtisadi böhran qapıdadır

Son həftələr bitkoin və qızıl qiymətləri tarixi maksimumlardadır, ciddi bir ajiotaj var.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, bu gedişatın 4 səbəbi ola bilər:

1. Dünya üzrə çox böyük iqtisadi böhran gəlir, yatırımçılar qızıla və koinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar;

2. Pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı – indi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri koinlərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik;

3. FES və digər mərkəzi banklar bu il faiz endirimlərinə gedəcəklər, investorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər;

4. Bitkionin “mininq” (istehsal deyək) sayı məhduddur, indi sona gəlinir, say bitməyə doğru gedir, yeri gəlmişkən, bitkoinin yeganə məntiqi “aktiv” sayının məhdud olması məsələsidir. Amma düşünürəm ki, bu yatırımçılar üçün tələdir, çünki artıq proses başlayıb, 1 bitkoini, obrazlı desək, min yerə bölüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitkoini “stock split” edib kiçik hissələrlə satacaqlar.

“Dəfələrlə dediyim kimi, bitkoin tam spekulyativ və təhlükəli aktivdir, bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da, amma unutmayın ki, kiçik qrup qazananda həmişə böyük qrup insan uduzur, yəni uduzanlar olmasa, qazananlar da olmur. Yəni bundan öncə də bitkoin 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər ucuzlaşdı, dünya üzrə kiçik yatırımcılar 1 trilyon dollar pul itirdilər.

Qızıl isə ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə və ya böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir”, - ekspert bildirib.

Tarix
2024.03.11 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla