Yuxarı

Astana və Bakı 300 milyonluq investisiya fondu yaradır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astana və Bakı 300 milyonluq investisiya fondu yaradır

Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaratmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə "Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov deyib.

O bildirib ki, investisiya fondu hər iki dövləti maraqlandıran layihələri maliyyələşdirəcək.

"Fond həmçinin Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək. Bu, Qazaxıstanın Azərbaycanla əməkdaşlığını gücləndirəcək və bizə gəlirlər gətirəcək. Çünki bu, sırf kommersiya əsaslı investisiya fondu olacaq", - deyə Jakupov diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzalayıblar.

Tarix
2024.03.11 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla