Yuxarı

“Maliyyə amnistiyası olacaq” - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Maliyyə amnistiyası olacaq” - Nazir

"Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır".

"Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, bunu vergilər naziri Fazil Məmmədov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu böyük layihədir və Azərbaycan buna hazırdır: "Bu bir neçə ili əhatə edən layihə olacaq. Burada söhbət gəlirlər haqda bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir".

F. Məmmədov deyib ki, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz: "İstər əmlak, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Bütün hallarda bu qərar qəbul olunacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir".

Tarix
2014.02.07 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla