Yuxarı

SOCAR-dan Rumıniya ilə qaz müqaviləsinə dair açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-dan Rumıniya ilə qaz müqaviləsinə dair açıqlama

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya ilə qaz tədarükünə dair imzaladığı müqavilənin müddətinin 2026-cı ilədək uzadılmasına hazırdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bu gün Bakıda keçirilən Ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası müştərək komissiyanın 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, dünən iki ölkə arasında imzalanmış qaz müqaviləsinin son günü idi:

“Bu müqaviləyə uyğun olaraq SOCAR tədarükçünün və ya alıcının heç bir öhdəliyi olmadan illik 1 milyard kubmetr qaz tədarük edə bilib. Biz layihəni bu il və gələn il davam etdirməyə hazırıq”.

E.Nəsirov qeyd edib ki, son üç ildə isə SOCAR tərəfindən 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft məhsulları tədarük edilib:

“SOCAR Türkiye” Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, “SOCAR Trading” isə Rumıniyaya 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları tədarük edib”.

O qeyd edib ki, SOCAR-ın Rumıniya ərazisində 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir:

“SOCAR Romania”da 777 işçi çalışır və biz Rumıniyada infrastrukturun yaradılmasına 70 milyon avro sərmayə qoymuşuq. Rumıniyaya xam neft və neft məhsullarının tədarükü SOCAR-ın bir neçə filialı tərəfindən həyata keçirilir”.

E.Nəsirov, həmçinin, bildirib ki, Rumıniya tənzimləyicisi tərəfindən Lüksemburqda yerləşən “SOCAR Trading Gas and Power” şirkətinə lisenziyanın verilməsini gözləyirlər.

Tarix
2024.04.01 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla