Yuxarı

Mikayıl Cabbarov Slovakiyanın baş naziri ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov Slovakiyanın baş naziri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib, həmçinin, Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova, Slovakiya Milli Şurasının sədr müavini, sədrin vəzifələrini icra edən Peter Jiqa ilə görüşlər keçirilib.

Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, Ələt Azad İqtisadi Zonası, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün təşəbbüslərin, o cümlədən, qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsinin önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan fürsətlər, birgə layihələrin reallaşdırılması potensialı haqqında məlumat verilib.

Tərəflər enerji, ticarət və investisiya əməkdaşlığının təşviqi və birgə layihələrin reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi, “yaşıl” enerjiyə keçid istiqamətində birgə fəaliyyət, həmçinin, Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə qoşulması imkanlarını nəzərdən keçiriblər.

Tarix
2024.04.10 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla