Yuxarı

ADB Azərbaycan iqtisadiyyatının artım proqnozunu yenilədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADB Azərbaycan iqtisadiyyatının artım proqnozunu yenilədi

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda ÜDM-in artım templərinin dövlət xərcləri və xidmət sektorunda artımla əlaqədar 2024-cü ildə 1,2%, 2025-ci ildə isə 1,6% səviyyəsində olacağını proqnozlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri”nin (ADO) aprel ayı üçün olan hesabatında deyilir.

Xatırladaq ki, ADB-nin əvvəlki (sentyabr 2023) qiymətləndirməsinə əsasən, 2024-cü il üçün Azərbaycanın ÜDM artımı 2,6% səviyyəsində proqnozlaşdırılmışdı.

“Pərakəndə ticarət və nəqliyyat sektorunda gözlənilən artımla əlaqədar olaraq, xidmət sektorunda artımın 2024-cü ildə 2,3%-ə, 2025-ci ildə isə 3%-ə qədər yüksələcəyi proqnozlaşdırılır. Nəqliyyat sektorunda qazanc Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz” milli şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması haqqında saziş əsasında təmin ediləcək”, - ADB-dən qeyd ediblər.

Bankın analitiklərinin fikrincə, neft platformasının məhsuldarlığının zəifləməsi səbəbindən sənaye sahəsində eniş 2024-cü ildə 1,6%-ə, qaz hasilatının daha vacib olması səbəbindən isə 2025-ci ildə 1%-ə qədər azalacaq.

“Ərzaq sənayesi, tikinti materialları və neft-kimya məhsulları istehsalı daha geniş sənaye sektorunda tənəzzülü məhdudlaşdıracaq. Kənd təsərrüfatına dəstək proqramlarının növbəti mərhələsi bitkiçilik və heyvandarlıq istehsalında artımı dəstəkləməyə kömək edəcək”, - hesabatda deyilir.

ADB-də hesab edirlər ki, şəxsi istehlak və xalis ixrac tələb artımına stimul verəcək. İqtisadi artım və inflyasiyanın daha da yavaşlaması ailə təsərrüfatlarının real gəlirlərini artıracağından özəl istehlak artımının sürətlənəcəyi proqnozlaşdırılır. Dövlət qulluqçularının maaşlarının yüksək olması ictimai istehlakı stimullaşdıracaq.

Bank analitiklərinin fikrincə, dövlət investisiyaları proqnozlaşdırılan dövr ərzində ümumi investisiyaların əsas hərəkətverici qüvvəsi olaraq qalacaq, halbuki neft hasilatının azalması və neft qiymətlərinin zəifləməsi planlaşdırılan xərclər üçün risklər yaradır. İxrac gəlirləri yavaş artan idxalı üstələdiyi üçün xalis ixrac da artacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.

2023-cü ildə Azərbaycan iqtisadiyyatı 1,1% artıb.

Tarix
2024.04.11 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla