Yuxarı

DB Azərbaycanda iqtisadi artım proqnozlarını yenilədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3%, 2025-ci və 2026-cı illərdə isə 2,4% səviyyəsində proqnozlaşdırır.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-2025-ci illərdə ÜDM-in artım tempi 0,1 faiz bəndi azalıb.

Bankın gözləntilərinə əsasən, bu il ölkədə iqtisadi artıma yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar xam neft hasilatının daha az azalması səbəb olacaq.

“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4%-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, - hesabatda deyilir.

Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4% civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır.

Eyni zamanda 2024-2026-cı illərdə kənd təsərrüfatında 3% (2023-cü ildəki 3,2%-lik artıma qarşı), sənayedə 0,2% (2023-cü ildəki 0,9% azalmaya qarşı), xidmət sektorunda 2024-2025-ci illərdə artım 5,3%, 2026-cı ildə 5,2% (2023-cü ildəki 3,8% artıma qarşı) artım gözlənilir.

Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4%, 2025-ci ildə 3,9%, 2026-cı ildə isə 3,5% artacaq. 2023-cü ildə artım 9,6% olmuşdu.

“Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1%-ə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1%-ə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profsitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5%-ə yaxınlaşacağı proqnozlaşdırılır.

Azərbaycanın əsas ixrac və büdcə gəliri mənbəyi kimi karbohidrogenlərdən davamlı asılılığı onun əsas zəifliyi olaraq qalır. Bu, neft hasilatının azalması, neftin qiymətinin dəyişkənliyi və qlobal miqaysda qalıq yanacaqlardan imtina ilə əlaqədar uzunmüddətli artım perspektivlərini təhlükə altına salır”, - bankın analitikləri bildiriblər.

Onların fikrincə, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşma istiqamətində səyləri gücləndirmək üçün fürsət ola bilər: “Təhrifli qalıq yanacaq subsidiyalarının aradan qaldırılması emissiyaları əhəmiyyətli dərəcədə azalda və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirə bilər”.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır.

Tarix
2024.04.11 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla