Yuxarı

Nazir Çin səfiri ilə görüşdü - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Çin səfiri ilə görüşdü - Foto

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinu qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rolunu vurğulayıb.

Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirmiş, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. Bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Azərbaycan Respublikası Prezidentinin ötən il Çinə səfəri çərçivəsində keçirilmiş görüşlərin və imzalanmış sənədlərin ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Səfir Xun Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşmüş, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.

Nazir Ş.Mustafayev Çin Xalq Respublikasının Kommersiya nazirini və iş adamlarını Azərbaycana səfərə dəvət edib.

Tarix
2016.03.02 / 10:13
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla