Yuxarı

Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama

Naxçıvan Bank ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.

Axar.az Yenisabah.az-a istinadla xəbər verir ki, bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.

Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir.

“Naxçıvan Bank”ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə 8,1% artaraq 66,97 milyon manata yüksəlib.

“Naxçıvan Bank”ın maliyyə şöbəsindən verilən açıqlamaya görə, depozit və kredit portifelinin azalması bankın düşdüyü çətin vəziyyətlə bağlıdır:

“Bank bağlanmağa doğru gedir. Hazırda bank faktiki olaraq, satılır. Depozitlərin və kreditlər portfelinin azalması da elə bununla bağlıdır. Bununla bağlı rəsmi açıqlama yəqin ki, gələn ay veriləcək. Hazırda depozit və kredit portfelləri hamılıqla “Kapital Bank”a yönləndirilir”.

Tarix
2024.04.20 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla