Yuxarı

"Naxçıvan Bank"ın heç bir maliyyə problemi yoxdur - Sədr

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Naxçıvan Bank"ın heç bir maliyyə problemi yoxdur - Sədr

Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur.

Axar.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, "Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb: "Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur".

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Tarix
2024.05.01 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla