Yuxarı

Azərbaycan Türkiyədən 695 milyonluq mal idxal etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Türkiyədən 695 milyonluq mal idxal etdi

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3% azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1%-ni təşkil edib. Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2% artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5% az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1% çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5% çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5% çox) həyata keçirib. Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9% çoxdur.

Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1%-i qədər olub.

Tarix
2024.05.09 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla