Yuxarı

Xarici ticarət dövriyyəmiz açıqlandı - 44 milyard

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici ticarət dövriyyəmiz açıqlandı - 44 milyard

2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

"Axar.az"ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ötən il ərzində 105 ölkəyə əmtəə ixrac olunub, 141 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

İl ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43,5 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci illə müqayisədə 2,7 faiz artıb. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşüb. Nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz artaraq 1773,0 milyon dollar təşkil edib. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olub.

Tarix
2014.02.10 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla