Yuxarı

Azərbaycanda fiziki şəxslərə kredit verilməsi ilə bağlı yenilik

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda fiziki şəxslərə kredit verilməsi ilə bağlı yenilik

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Bank sığortaçılardan sığorta haqlarına dair təklifləri almalı və dəyişiklik edilmədən müştəriyə təqdim etməlidir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim ediləcək.

Bundan başqa, kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi, habelə həyat sığorta müqaviləsi üzrə münasibətlər Mülki Məcəllə və İH-nin "Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası" ilə tənzimlənəcək.

Həmçinin qərarla kreditlərin verilməsi prosesinə poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları və elektron pul təşkilatları cəlb edilə bilər. Bu halda həmin təşkilatlar tərəfindən aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər:

- kredit müraciəti üçün tələb olunan sənədlərin qəbulu;

- borcalanların ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;

- kreditlərlə bağlı təqdim edilməli olan sənədlərin, o cümlədən müştərinin fiziki imzası tələb olunan sənədlərin, ödəniş alətlərinin müvafiq olaraq banka və (və ya) müştərilərə çatdırılması.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Tarix
2024.05.31 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla