Yuxarı

Bakı bu ölkənin yataqlarına investisiya yatırmaq istəyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bu ölkənin yataqlarına investisiya yatırmaq istəyir

Azərbaycan Qazaxıstanın neft yataqlarına investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

Məlumatda Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında mayın 31-də baş tutan görüşün təfərrüatı açıqlanıb.

“Neft-qaz sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan tərəfi Qazaxıstanın neft yataqlarına investisiya qoyuluşu imkanlarına maraq göstərir və nəzərdən keçirir”, - səfirlikdən bildirilib.

A.Bayel xatırladıb ki, 2023-cü ildə Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan ərazisindən Qazaxıstan neftinin tədarükünə başlanılıb. 2023-cü ildə 1 milyon 057 min ton Qazaxıstan nefti Aktau limanından BTC ilə sonrakı ixrac üçün Azərbaycan istiqamətində göndərilib.

“Hazırda tərəflər həcmin daha da artırılması imkanlarını araşdırır. Qazaxıstan Azərbaycanın Bakı-Supsa neft kəmərindən istifadə təklifini də öyrənir. Bu istiqamətdə tədarüklər kommersiya şərtlərindən asılı olacaq”, - səfirlik qeyd edib.

Xatırladaq ki, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Tengiz” yatağından Bakı-Tiflis-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar.

Tarix
2024.06.03 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla