Yuxarı

Onlar iki dəfə az maaş alır: pensiya yaşı azalsın – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar iki dəfə az maaş alır: pensiya yaşı azalsın – Millət vəkili

“Əmək pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay uzadılacaq. Qeyd edək ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmasını və kişilər ilə xanımların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirik. Bir sıra inkişaf etmiş dövlələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O, təklifini bu cür əsaslandırıb:

“Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımından vacibdir. Daha öncə xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var.

Digər tərəfdən, kişilərin rəsmi maaşı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın.

Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı”.

Tarix
2024.06.06 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla