Yuxarı

“Şahdəniz”dən qazancımız kəskin azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şahdəniz”dən qazancımız kəskin azaldı

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 244,069 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə Axar.az-a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 691,685 milyon ABŞ dolları və ya 3,8 dəfə azdır.

Bu ilin ilk 5 ayında Neft Fonduna daxil olan vəsaitlərin 60,784 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 136,979 milyon ABŞ dolları və ya 3,25 dəfə azdır.

Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsindən əldə edilən gəlirlərin azalmasına səbəb mart ayında daxilolmanın olmamasıdır. Digər səbəb isə son zamanlar dünya bazarında təbii qazın qiymətinin ötən illə müqayisədə ucuzlaşmasıdır.

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə işlənmədən əldə etdiyi gəlirin həcmi 935,754 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 197,763 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99%), “Lukoil” (19,99%), TPAO (19%), NİKO (10%), “Cənub Qaz Dəhlizi” (21,02%).

Tarix
2024.06.07 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla