Yuxarı

Ərdoğan bu mükafatı Rövşən Nəcəfə təqdim etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan bu mükafatı Rövşən Nəcəfə təqdim etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Haliç Konqres Mərkəzində Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə “2023-cü il ixracat çempionları”nın mükafatlandırma mərasimi keçirilib.

Bu barədə Axar.az-a SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, mərasimdə Türkiyədə ötən il ərzində ən çox ixracat həyata keçirən ilk 10 şirkətə mükafatlar təqdim olunub.

Qeyd edək ki, TİM tərəfindən açıqlanan “2023-cü il ixracat çempionları” siyahısına əsasən, qardaş ölkənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin “STAR” Neft Emalı Zavodu (NEZ) Türkiyə üzrə ümumi məhsul ixracatı dəyərinə görə 3-cü yerə layiq görülüb.

“STAR” NEZ həmçinin “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birinci olub. Prezident Rəcəb Tayyib Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını SOCAR-ın prezidenti Rövşən Nəcəfə təqdim edib. “STAR” NEZ-in “Kimyəvi maddələr və məhsullar”ı kateqoriyası üzrə birincilik mükafatı isə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat tərəfindən SOCAR prezidentinə təqdim olunub.

Tarix
2024.06.08 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla