Yuxarı

“Bolkart”lar niyə yenilənmir? – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bolkart”lar niyə yenilənmir? – Rəsmi

Əgər vətəndaşın iş yeri bankımızla əməkdaşlıq etmirsə, o zaman vaxtı bitmiş "Bolkart"ın dəyişdirilməsi üçün bir qədər gözləməlidir.

Bu barədə Axar.az-a müddəti bitmiş "Bolkart"ların vaxtının uzadılması ilə bağlı danışarkən "Bank of Baku"dan bildiriblər.

Bankdan verilən məlumata görə, iş yeri üzrə bankla əməkdaşlıq olmadıqda, "Bolkart"ların müddəti uzadılmır:

"Fəaliyyət göstərilən müəssisənin bankımızla əməkdaşlığı varsa, o zaman arayış təqdim olunmaqla "Bolkart"ın müddəti uzadıla bilər. Hazırda bu proses tərəfimizdən yalnız köhnə müştərilərə şamil olunur. Yeni müştərilərə isə ümumiyyətlə "Bolkart" verilmir. Əgər vətəndaşın iş yeri bankımızla əməkdaşlıq etmirsə, o zaman bir qədər gözləməlidir. Şərtlər dəyişdikdə və kartlar yeni müştərilərə verilməyə başladıqda, o zaman onun məsələsinə də baxılacaq. Bunun üçün kartın tarixçəsinin korlanmaması əsasdır".

Hüquqşünas ekspert Əkrəm Həsənov isə bildirib ki, iş yeri üzrə bankla əməkdaşlıq olmadıqda müddəti bitmiş "Bolkart"ın vaxtının uzadılıb-uzadılmaması bankın öz şəxsi fəaliyyəti çərçivəsində olan məsələdir:

"Bank "Bolkart"ın vaxtını uzatmaq və yeni kredit vermək istəmirsə, bu, bankın öz işidir. Yəni, qanunsuz deyil. Ancaq məsələnin faktiki tərəfinə baxmaq lazımdır. Ümumiyyətlə, banklar hazırda milli valyutada kredit vermirlər. İstənilən müqavilənin müddəti bitdikdə yenidən uzadılmırsa, bu, prinsipcə normaldır. İstər iş yeri üzrə bankla əməkdaşlıq olsun, istərsə də olmasın, bank "Bolkart"ın vaxtını uzatmağa məcbur deyil".

Tarix
2016.03.18 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla