Ana səhifə İqtisadiyyat |
ARDNŞ Aİ-95 benzininin istehsalını dayandırıb, tam olaraq Aİ-92 benzinin istehsalına keçmək niyyətindədir.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkə hökumətinə Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına kemçəklə bağlı təkliflə müraciət edib. Bunu çərşənbə axşamı jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib.
Məsələ ilə əlaqədar iqtisadçi Samir İsmayıl "Axar.az"a bildirdi ki, bu, daxili tələbatı ödəmək niyyəti ilə irəli sürülən təklifdir:
"Yanacağa tələbat artıb. Zavodlar isə təmirə bağlanıb. Ona görə də ən çox istifadə olunan Aİ-92 oktan ədədli benzinin qıtlığı yaranır. Ona görə də belə bir zərurət meydana çıxıb".
İqtidadçı ekspert bu addımı təqdir etdiyini də vurğuladı: "Qarşıda bizi Avro-4 standartına keçid kimi ciddi iş gözləyir. Hesab edirəm ki, Aİ-92 benzinin istehsalını gücləndirmək daxili tələbatı ödəmək, onun keyfiyyətinin artırılması isə Avro-4 standartına keçid üçün bir mərhələdir. İnanmaq istərdim ki, ARDNŞ irəli sürdüyü bu təkliflə bağlı bütün zəruri məqamları ölçüb-biçib və bu mərhələni uğurla keçmək üçün texniki imkanlarını hesablayıb".
Tarix
2014.02.11 / 15:15
|
Müəllif
Vüsal Tağı
|