Yuxarı

Türkiyəyə bu tədarükdə Azərbaycan birinci oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə bu tədarükdə Azərbaycan birinci oldu

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazın ixracını əhəmiyyətli dərəcədə artırıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,02 faiz təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında deyilir.

Məlumatlara əsasən, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyənin ən böyük qaz tədarükçüsü olub.

İkinci yerdə 544 milyon kubmetrə yaxın qaz ixracı ilə İran yer alıb. Bu göstərici 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz azalıb.

Türkiyəyə təbii qazın ixracının həcminə görə üçüncü ölkə Rusiyadır. Hesabat dövrü ərzində Rusiya Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 76,01 faiz azdır (1,524 milyard kubmetr).

Tarix
2024.07.02 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla