Yuxarı

Apreldən benzin 1 manat ola bilər - Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkəti Nazirlər Kabinetinə təklif verib ki, Ai-95 markalı benzinin istehsalını dayandırsın və yerli bazarda bu markalı benzinin satışı Ai-98 markalı benzində olduğu kimi sərbəst şəkildə həyata keçirilsin. Belə bir açıqlama ilə bu gün SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlər qarşısında çıxış edib.

"Neft emalı zavodlarında benzin istehsalı artıq ona olan tələbatı ödəmək səviyyəsinə çata bilmir. İllik benzinə olan tələbat 10-11% artır. Ona görə də biz hökumətə müraciət etmişik ki, Ai-95 markalı benzin istehsalını dayandıraq, SOCAR isə istehsal gücünü Ai-92 markalı benzin üzərində dayandırsın", - deyə Abdullayev bildirib.

Onun sözlərinə görə, Ai-95 markalı benzinin idxalı ilə ölkə bazarında parakəndə neft məhsulları satışı ilə məşğul olan şirkətlər məşğul ola bilərlər.

Abdullayev həmçinin qeyd edib ki, SOCAR yerli emal müəssisələrinin gücünü o səviyyəyə çatdıracaq ki, Qaradağdakı yeni neft emalı zavodu(NEZ) işə düşənədək (2023-2025-ci illər) ölkənin daxili bazarında neft məhsulları istehlakında heç bir problem yaşanmasın.

Niyə SOCAR hökumətə müraciət etdi?

İndi isə Caspian Barrel keçir məsələnin məğzinə: nədən SOCAR hökumətə müraciət etdi? Əslində Nazirlər Kabineti ölkənin orta və uzunmüddətli strateji planlarına uyğun olaraq məsələləri hazırlamalı, onları vaxtaşırı müvafiq dövlət qurumlarına, şirkətlərinə təqdim etməlidir ki, buna əsasən də ölkənin hara və hansı sürətlə gedəcəyi bəlli olsun. Ancaq dövlət başçısının yanında keçirilən Nazirlər kabinetinin hesabat xarakterli iclaslarında hökumət heç vaxt qarşıda ölkəni gözləyə biləcək problemlərdən bir kəlmə də dilə gətirməyib.

Ona görə də SOCAR – Azərbaycan iqtisadiyyatının lokomotivi kimi bu dəfə də təşəbbüslə çıxış edərək yaxın 10 il üçün daxili bazarda neft məhsulları üzərində stabillik yaratmaq yönümündə təkliflərini ortaya qoyub. Həmin təkliflərin əsas iki məqamı var. Nədir onlar?

Ai-95 markalı benzinin istehsalının dayandırılması

Əgər hökumət SOCAR üçün hazırda yeni neft emalı zavodunun tikintisi məsələsini 10 il sonrayadək təxirə salırsa, Neft Şirkəti tərəfindən bu ən doğru addımdır. Niyə? Ona görə ki, Heydər Əliyev adına NEZ-də reallıqda Ai-92 markalı benzin istehsal edilir. Daha sonra aşqarlar və digər qarışıqlar hesabına benzinin oktan dərəcəsi artırılaraq 95-ə çatdırılırdı. Yəni bu bir növ "təmiz istehsallı" Ai-95 markalı benzin olmurdu, çünki bunun üçün zavodda lazımi texnoloji avadanlıq yox idi, onların quraşdırılması isə külli miqdarda kapital qoyuluşu tələb edirdi. Ancaq nəzərə alanda ki, bu zavod yenisi ilə əvəz olunacaq, SOCAR belə xərclərə getməkdən imtina edib.

Ölkə bazarında istehlak olunan benzinin təqribən 8-9%-i Ai-95 markasına aiddir. İstehlakçıların bir qismi bu markalı benzindən onun şəhərdaxili istifadəsi zamanı heç bir keyfiyyət parametrlərini hiss etmədiklərinə görə imtina edirdilər. Bu baxımdan da istehlakçıların aşağı oktanlı benzinə üz tutmaları nəticədə texniki baxımdan Ai-95 markalı benzinə hesablanmış avtomobilin daha çox yanacaq sərfiyyatına səbəb olurdu. Həm də son nəticədə vaxtından əvvəl texniki nasazlıqlara gətirib çıxarırdı.

SOCAR-ın təklifi qəbul olunarsa, artıq ölkəyə yüksək keyfiyyətli "Avro-4" standartından aşağı ekoloji keyfiyyət parametrlərinə malik olmayan Ai-95 markalı benzin idxal olunacaq və istehlakçılar daha keyfiyyət məsələsində tərəddüd edə bilməyəcəklər. Ancaq bir incə məsələ var.

Qiymətin sərbəstləşdirilməsi

2014-cü ilin aprelində SOCAR H.Əliyev adına zavodda yenidənqurma işlərinə start verəcək və aşağı oktanlı benzin istehsal edəcək yeni qurğu tikəcək. Onun gələcəkdə maksimum illik istehsal gücü 450 min ton ətrafında olacaq. Hazırda Azərbaycanın daxili bazarında 1,3 milyon ton benzin istehlak edilir. Yəni hökumətin ciddi cəhdləri (qiymətlərin artımı, avto kreditləşmənin sərtləşdirilməsi, avtomobil qayda pozuntularına görə cərimələrin dəfələrlə artırılması, parkinqlərdə qiymətlərin baha olması, gömrük tariflərinin bahalılığı və sair) hesabına benzinə olan artım səviyyəsini əgər 4-5% cıvarında saxlamasaq, onda 2020-ci ilə qədər yenə daxili bazarda gərginlik yarana bilər. Bunun tənzimlənməsinin ən effektiv yolu isə qiymətlərin sərbəstləşdirilməsidir. Təbii ki, burada - hökumətə verilən təklifdə söhbət Ai-95 markalı benzindən gedir. Onu çox güman ki, Rumıniyadan və Rusiyadan idxal edəcəklər. Və yerli bazarda artıq Ai-95-in qiyməti aprelin 1-dən (həmin tarixdən H.Əliyev adına NEZ modernizasiya işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracaq) 1 AZN-dən aşağı olmayacaq.

Ancaq buna nə dərəcədə qiymətlərin sərbəstləşdirilməsi demək olar?

Ölkəyə 2011-ci ildən idxal edilən Ai-98 markalı benzində müşahidə etdik ki, onun qiyməti də Tarif Şurası tərəfindən təyin edilir. Belə olan halda hökumət qarşısında məsələ qaldırılmalıdır ki, idxalçılara imkan verilsin – heç bir monopolist cəhdlərə yol verilmədən parakəndə yanacaq satanlar özləri yüksək oktanlı benzini ölkəyə idxal edib və istədikləri qiymətə müştərilərə təklif etsinlər. Həqiqətən ilk zamanlar yüksək qiymətlər psixoloji cəhətdən müştərilərdə şok effekti yaratsa da, ancaq sonradan azad rəqabət gec-tez özünü göstərməlidir və nəticədə Azərbaycanda vətəndaş heç olmasa real həyatda ŞƏFFAFlıqla qarşılaşa bilməlidir.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Tarix
2014.02.11 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla